"İQNA", "Əl-bəyan"-a istinadən xəbər verir ki, Dubayda 25-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi hər axşam saat 21:00-da Dubayın Əl-Mumzar bölgəsinin Mədəniyyət və Elm Simpozium zalında keçirilir.
14 yaşlı seneqallı yeniyetmə Hacı Şeyx Cah, Dubay Qurani-Kərim Müsabiqəsinin onuncu günündə iştirak edən altı iştirakçıdan ən gəncidir. O, iki il altı ay ərzində bütün Quranı əzbərləyib.
Şeyx Cahın qiraət səsi digər iştirakçılarla müqayisədə ən xoş səslərdən biri idi. Belə ki, o, tamaşaçıların və münsiflərin diqqətini cəlb edib. Zalda olan ər kəs onun qiraətini izləməkdən həzz alıb.